Uşaqlarda “sirli xəstəlik” sürətlə YAYILMAQDADIR
    • 11-05-2020, 19:50
    • 894

Uşaqlarda “sirli xəstəlik” sürətlə YAYILMAQDADIR

Uşaqlarda “sirli xəstəlik” yayılmağa davam edir.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumatı Nyu-York qubernatoru Endryu Cuomo verib. O, "Covid-19"-la əlaqəli, lakin hələ də müəyyənləşdirilməyən xəstəliyin ştatda olan azyaşlı uşaqlara təsir etdiyini bildirib. İndiyədək bu xəstəliyin 85 uşaqda aşkarlandığını bildirən Cuomo, daha 3 uşağın da bu xəstəlik səbəbindən öldüyü barədə məlumat yayıb.

Qubernator “əsrarəngiz” xəstəliyin simptonlarını da açıqlayıb: "Simptomlar zəhərli şok sindromuna bənzəyir. "Covid-19" daha çox tənəffüs yollarına təsir göstərir. Bu xəstəlikdə isə bəzən qan damarlarını, bəzən də ürəyin iltihablandığını görürük”.