Qurban Qurbanov dünya reytinqində səkkiz pillə irəlilədi
    • 26-09-2018, 15:20
    • 1 722

Qurban Qurbanov dünya reytinqində səkkiz pillə irəlilədi

Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.

Siyahıda yer alan millimizin və “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov 1077 xalla 461-ci pillədə yer alıb.
Qurbanov ötən həftə ilə müqayisədə səkkiz pillə irəliləyib.

Tomas TuxelKarlo AnçelottiAndrea StramaççioniMarselo ByelsaNunu Eşpiritu SantuAlan PardyuƏrtuğrul SağlamKlod MakelelePetitMurat YakınPol LambertAndre Villaş-Boaş kimi mütəxəssislər Qurban Qurbanovdan sonrakı pillələri tuturlar.

Qeyd edək ki, cədvələ “Barselona”nın baş məşqçisi Ernesto Valverdebaşçılıq edir. Onu “Real”ın sabiq çalışdırıcısı Zinəddin Zidan izləyir. III pillədə  “Atletiko”nun baş məşqçisi Dieqo Simeone qərarlaşıb.

//oxu.az