Jurnalistin sualı TRAMPI KÜRSÜDƏN ENDİRDİ
    • 12-05-2020, 11:08
    • 569

Jurnalistin sualı TRAMPI KÜRSÜDƏN ENDİRDİ

ABŞ Prezidenti Donald Tramp Ağ Evin həyətində keçirdiyi mətbuat konfransında koronavirusla əlaqədar ölkədə atılacaq addımları dəyərləndirib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-da II Dünya Müharibəsindən bəri ən böyük səfərbərliyin müşahidə olunduğunu vurğulayan D.Tramp, özəl sektorun sınaqlarda böyük addımlar atdığına diqqət çəkib.

Tədbir zamanı ABŞ-lı jurnalistin prezidentə sual ünvanlaması onu çətin vəziyyətə salıb. Belə ki, jurnalist Donald Trampa "Ölkədə bu qədər ölü və yeni yoluxma sayı qeydə alınarkən, siz aparılan testləri miqdarı ilə öyünürsünüz. Bunun bir mənası varmı?"-deyə soruşub.  Prezidentin cavabından narazı qalan jurnalist sualında israr edib. bu zaman isə Donald tramp kürsüdən enib.