Donald Tramp: “ABŞ-da böyük fərq yaratdığım üçün özümə təşəkkür edirəm”
    • 23-11-2018, 17:27
    • 935

Donald Tramp: “ABŞ-da böyük fərq yaratdığım üçün özümə təşəkkür edirəm”

“Möhtəşəm bir ailəyə sahib olduğum və bu ölkədə böyük bir fərq yaratdığım üçün özümə təşəkkür edirəm”.

Bunu ABŞ Prezidenti Donald Tramp Şükran günü münasibətilə bağlı mesajında vurğulayıb.
Bayram tətilini Floridadakı malikanəsində keçirən Ağ Evin sahibi ABŞ-da keçirilən Şükran günü münasibətilə əlaqədar ən çox hərbçilərə zəng edib, jurnalistlərlə söhbətləşib.
“Vəzifəni təhvil aldığım gündən bu günədək ölkə inanmayacağınız dərəcədə güclənib”, - Donald Tramp vurğulayıb.

//Report