-
- 26-09-2018, 15:58
- 1 228
Nura Faiq Ağayevlə tanışlığından danışdı: "Əlim-ayağım əsirdi"
Müğənni Nura Suri 106.3 FM-də yayımlanan “Mən DJ olsam” layihəsinin qonağı olub.
1 saat ərzində öz zövqünə uyğun mahnılar səsləndirən ifaçının seçimləri proqramın aparıcısı Kazım Sübhanın ürəyincə olub.
Həmkarları haqda fikir bildirən Suri efirdə Aygün Kazımova, Faiq Ağayev, Zülfiyyə Xanbabayeva, Röya və digərlərinin mahnılarını səsləndirib.
O, veriliş zamanı xalq artisti Faiq Ağayevlə tanışlıq hekayəsindən danışıb.
“1993-cü ildə “İmkan” qrupunda çıxış edirdim. İlk dəfə idi ki, Heydər Əliyev sarayında çıxış edirdim. Kulisə gələndə panik-atak keçirdim. Halımın pis olduğunu hiss edən yeganə insan Faiq Ağayev oldu. Əlim-ayağım əsirdi, dodaqlarım qurumuşdu. O həyəcanı izah edə bilmərəm. O, mənə kömək etdi. Yanındakılara dedi ki, qıza tez su verin. Mənə qarşı diqqəti heç vaxt yadımnan çıxmır”, - deyə Nura qeyd edib.
Sənətçinin yeni “Sevgi romanı” adlı mahnısı da ilk dəfə radioda təqdim olunub.