Uşaqlar koronavirusu NECƏ KEÇİRDİR?
    • 12-05-2020, 23:50
    • 843

Uşaqlar koronavirusu NECƏ KEÇİRDİR?

ABŞ Boston Uşaq Xəstəxanasının həkimləri yeni araşdırma aparıblar.

News24.az xarici KİV-lərə istinadən xəbər verir ki, mütəxəssislər koronavirusa yoluxan uşaqların kompüter tomoqrafiya nəticələri barəsində məlumat yayıblar. 20 uşağın üzərində aparılmış araşdırmaların nəticəsinə görə, məlum olub ki, onların əksəriyyətinin ağciyərində iltihablanma və digər simptomlar mövcud olub. Bunların hər biri isə uşaqların nəfəs almalarında ciddi çətinliklər yaradıb.

Eyni zamanda sübut olunub ki, uşaqlar koronavirusu böyüklərə nisbətən çox yüngül keçirirlər, lakin bu hal xroniki xəstəliyi olan azyaşlılar üçün eyni deyil.