Uşaqlar arasında yeni xəstəlik PEYDA OLDU
    • 6-05-2020, 00:25
    • 1 327

Uşaqlar arasında yeni xəstəlik PEYDA OLDU

Dünya ölkələrində uşaqlar arasında koronavirusa oxşar xəstəlik sürətlə yayılmağa başlayıb.

News24.az xarici KİV-lərə istinadən xəbər verir ki, artıq Nyu-Yorkda 15 uşaqda bu xəstəliyə tutulub. Uşaqlarda 5-i süni tənəffüs aparatına qoşulub.  4-nün koronavirus testi isə pozitiv olub. 

İndiyədək rast gəlinməyən bu xəstəlik uşaqlarda ürək və damarlara təsir edir. Eyni zamanda xəstəliyin simptomlarına qızdırma, əl və ayaqlarda şişkinlik, boğazda iltihablanma aiddir. Xəstəlik xüsusi ilə 5 yaşa qədər olan uşaqlarda aşkarlanıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəminə aldığı bu xəstəliyə 6 ölkədə yaşayan uşaqlarda rast gəlinib.