TƏBİB-dən onlayn alış-verişlə bağlı MÜRACİƏT
    • 13-05-2020, 11:07
    • 831

TƏBİB-dən onlayn alış-verişlə bağlı MÜRACİƏT

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi COVID-19 pandemiyası dövründə onlayn sifariş zamanı diqqət olunmalı məsələlərə toxunub.

News24.az xəbər verir ki, müraciətdə COVID-19 pandemiyası ərzində onlayn sifariş zamanı bunlara diqqət edilməsi tövsiyə olunub:

- Kuryerlərlə birbaşa təmasdan qaçınmaq üçün məhsulların qapıya qoyulmasını xahiş edin.

- Qida/əşyaları götürdükdən sonra əllərinizi ən azı 20 saniyə su və sabunla yuyun və ya spirt əsaslı məhluldan istifadə edin.