İntihar etmək istəyən gənc belə xilas edildi - VİDEO
    • 13-05-2020, 13:21
    • 774

İntihar etmək istəyən gənc belə xilas edildi - VİDEO

Qazax rayonunda intihar etmək istəyən şəxs xilas edilib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan News24.az-a verilən məlumata görə, mayın 12-də saat 23 radələrində 22 yaşlı Ağstafa rayon Dağkəsəmən kənd sakini Adil Allahverdiyev Ağstafa çayının Qazax rayon ərazisindən keçən hissəsinin üzərində olan körpüdən özünü ataraq intihar etmək istəyib.

Dərhal hadisə yerinə Qazax RPŞ-nin əməkdaşları gələrək onunla profilaktik söhbətlər aparıb.
Buna baxmayaraq A. Allahverdiyev özünü atmaq istəsə də, polis əməkdaşları gəncin həyatını xilas ediblər.