Bakıda növbəti intihar cəhd - Özünü körpüdən atmaq istədi
    • 26-08-2018, 16:29
    • 1 365

Bakıda növbəti intihar cəhd - Özünü körpüdən atmaq istədi

Bakıda intihara cəhd hadisəsi baş verib.

Paytaxtın Yasamal rayonunda bir kişi özünü kərpüdən atmaq istəyib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.