Milli parkda çöl donuzu ovlayan şəxs TUTULDU
    • 13-05-2020, 16:44
    • 712

Milli parkda çöl donuzu ovlayan şəxs TUTULDU

Qızılağac Milli Parkının əməkdaşları tərəfindən milli parkın su-bataqlıq ərazisində  ov edən şəxs saxlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən News24.az-a verilən məlumata görə, araşdırma zamanı brakonyerin Masallı rayon Xırmandalı kənd sakini İsaq Qasimov  olduğu məlum olub. Ondan ov tüfəngi və ovlanmış 2 çöl donuzu götürülüb.

Təqsirkar şəxs barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Lənkəran rayon Polis Şöbəsinə müraciət olunub.