-
- 13-05-2020, 21:04
- 2 730
Emin Ağalarov ikinci dəfə BOŞANIR - FOTO
Xalq artisti Emin Ağalarov model həyat yoldaşı Alyona Qavrilovadan ayrılmaq qərarına gəlib.
News24.az xəbər verir ki, bu haqda ifaçı şəxsi sosial şəbəkə hesabında məlumat verib: “Evləndiyimiz gün dünyanın ən xoşbəxt gününü yaşayırdıq, amma çox təəssüf ki, hər şey planlaşdırdığımız kimi getmədi. Yaşadığımız hər bir günə görə sənə təşəkkürümü bildirirəm. Sən mənə ən gözəl hədiyyəni, qızımız Afinanı bağışladın. Sən çox yaxşı insansan. Bundan sonrakı işimiz təbii ki, qızımızın tərbiyəsi ilə bağlı olacaq. Düşünürəm ki, bu işdə də bir valideyn kimi uğurlu addımlar atacağıq. Biz çox şeylərdən üzüağ çıxmışıq və məhz buna görə də sənə hörmətim sonsuzdur”.
Alyona isə öz şəxsi sosial şəbəkəsində bunları yazıb: "Xahiş edirəm, özümə gəlməyim üçün zaman verin. Bu mənim üçün həm çətin, həm də ağırdır. Həmçinin bu gün ananım doğum günüdür. Diqqətinizə görə təşəkkürümü bildirirəm..."
Qeyd edək ki, cütlüyün toy mərasimi 2018-ci ildə baş tutub.
Sevda Bayramova