"Bu mənim üçün çox çətin və ağırdır..." Eminin boşandığı həyat yoldaşı YAZDI - FOTO
    • 14-05-2020, 11:21
    • 1 238

"Bu mənim üçün çox çətin və ağırdır..." Eminin boşandığı həyat yoldaşı YAZDI - FOTO

"Xahiş edirəm, özümə gəlməyim üçün zaman verin. Bu mənim üçün həm çətin, həm də ağırdır. Həmçinin bu gün ananım doğum günüdür. Diqqətinizə görə təşəkkürümü bildirirəm..."

News24.az xəbər verir ki, bu sözləri model Alyona Qavrilova "İnstagram"ın "Story" bölməsində yazıb 

Qeyd edək ki, ötən gecə Xalq artisti Emin Ağalarov ikinci həyat yoldaşından boşanma qərarı alıb.

Sevda Bayramova