Avtomobil velosipedçini VURDU
    • 14-05-2020, 01:30
    • 805

Avtomobil velosipedçini VURDU

Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə paytaxtın Rəşid Behbudov küçəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “"Hyundai” markalı avtomobil velosiped sürən şəxsi vurub.Qəza nəticəsində müxtəlif bədən xəsarətləri alan velosipedçi təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır./“Report” /