Bakıda kafe və restoranlar açılır
    • 15-05-2020, 16:16
    • 1 448

Bakıda kafe və restoranlar açılır

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılmasına qərar verilib.

News24.az xəbər verir ki, 18 may 2020-ci il tarixindən etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə xidmətə icazə verilib. Qeyd edilib ki, müştərilərə yerində xidmət saat 18:00-dan 08:00-dək dayandırılacaq.