Bakıya giriş-çıxış QADAĞASI DAVAM EDİR
    • 15-05-2020, 16:28
    • 884

Bakıya giriş-çıxış QADAĞASI DAVAM EDİR

Yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışın dayandırılması qadağası qüvvədə qalır. 

News24.az Operativ Qərargahın məlumatına istinadən xəbər verir ki, xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna, eləcə də Gəncə və Lənkəran şəhərlərinə giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımaları dayandırılıb.