Güclü yanğın başladı - VİDEO
    • 16-05-2020, 20:56
    • 705

Güclü yanğın başladı - VİDEO

Çinin Milli Neft Şirkətinin (CNPC) Loyanin əyalətindəki obyektlərinin birində güclü yanğın başlayıb.

News24.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Yanğın yerli vaxtla 21: 30-da (Bakı vaxtı ilə 17:30) Fuşun şəhərində qeydə alınıb. Bildirilib ki, yanğının mümkün səbəblərindən biri ildırımın binaya düşməsidir.

Hadisə yerinə gələn yanğınsöndürənlər yanğını söndürməyə çalışır.

Ölən və ya xəsarət alanlar barədə məlumat verilməyib./“Report”