"Turizm şirkətləri və hotellər yeni təkliflər hazırlamalıdır"  - ATAA
    • 18-05-2020, 11:25
    • 800

"Turizm şirkətləri və hotellər yeni təkliflər hazırlamalıdır" - ATAA

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının təşəbbüsü ili “Pandemiya dövründən sonra daxili turizmin inkişafı və region hotellərinin xüsusi hazırlığı" mövzusunda onlayn müzakirə keçirilib.

Qurumdan News24.az-a verilən məlumata görə, müzakirələrdə karantin dövründən sonra hotellərin fəaliyyəti, təklif olunan xidmətlərdə yeni qiymət siyasəti, hotellərdə sanitariya və gigiyena qaydalarına riayət olunması, qonaqların qarşılanması və yerləşdirilməsi kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Rüfət Hacıyev öz çıxışında karantin dövründən sonra daxili turizmin inkişaf etdirilməsi və vətəndaşlara daha sərfəli turizm xidmətləri göstərmək üçün turizm şirkətləri ilə hotellərin sıx əməkdaşlıq etməsinin vacib olduğunu bildirib. O pandemiyadan sonra daxili turizmə marağı artırmaq üçün  turizm şirkətlərini və hotelləri yeni təkliflər üzərində işləməyə çağırıb. 

Müzakirlərdə çıxş edən hotel şəbəkələrinin rəhbər şəxsləri pandemiyadan sonra vətəndaşlara göstərilən turizm xidmətlərində yeni norma və standartların, xüsusi yanaşmaların tədbiq ediləciyini diqqətə çatdırıblar.

Belə ki artıq vətəndaş hotelə daxil olarkən ilk növbədə xüsusi avadanlıqla onların hərarəti ölçüləcək. Müştəri ilə hotel personalı arasında sosial məsafənin saxlanılması təmin olunacaq. Eyni zamanda  hotel nömrələrindən istifadə edən müştəri, hoteldən çıxş etdikdən sonra həmin otağa 48 saat müddətində heç kəs buraxılmayacaq. Yalnız bu müddət başa çatdıqdan sonra nömrə təmizlənib yeni müştərilərin istifadəsinə veriləcək.
Daha bir yenilk isə müştərilərə təqdim olunan səhər yeməklərində açıq bufetlərin ləğv olunması, masalar arasında minimum 2 metr məsafənin saxlanılması və sifarişlərin fərdi şəkildə hotel personalı tərəfindən qəbul olunmasıdır. Artıq bunun üçün hotellər tərəfindən karantin dövründə işçi peronalına xüsusi təlimlər də keçirilib.

Yay mövsümündə vətəndaşlara hotellər tərəfindən müxtəlif endirimli paketlərin və kompaniyaların da təklif olunacağı bildirilib .
Müzakirələrdə həmçinin Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun hazırladığı SAHMAN proqramı haqqında da spikerlərə geniş məlumat verilib. Dövlət Turizm Agentliyinin turizm sənayesi və layihələrlə iş sektorunun mudiri Günay Bayramova bununla bağlı artıq onlayn təlimlərin keçirildiyini və bu proqramın yerləşdirmə, xidmət və nəqliyyat vasitələrində tədbiq olunmasının vacib amil olduğunu bildirib. Eyni zamanda qurum rəsmisi hotellərdə COVİD-19 virusunun yayılmaması üçün hər bir hoteldə xüsusi izolyasiya otağının olmasını təklif edib. 

Hotel rəsmiləri təmsil etdikləri yerləşdirmə mərkəzlərinin yay mövsümündə fəaliyyətlərinin və xidmət göstərmələrinin qərərgahın verdiyi tapşırıq və tövsiyyələrə əsasən tənzimlənəcəyini bildirib.

Onlayn müzakirələrin videosuna aşağıdakı linkə daxil olaraq izləyə bilərsiz

https://www.youtube.com/watch?v=uvlXF4haTp4&feature=youtu.be