Ötən il Azərbaycanda qızılcadan 3 nəfər ölüb, 14 514 NƏFƏR SUÇİÇƏYİNƏ YOLUXUB
    • 18-05-2020, 15:22
    • 795

Ötən il Azərbaycanda qızılcadan 3 nəfər ölüb, 14 514 NƏFƏR SUÇİÇƏYİNƏ YOLUXUB

2019-cu ildə Azərbaycanda 337 nəfər qızılca xəstəliyinə tutulub.

Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata əsasən, xəstəliyə tutulanlardan 196 nəfəri kişi, 141 nəfəri qadındır. Onlardan 62-si 18 yaşadək, 275-i isə 18 və yuxarı yaşda olan şəxslərdir.
Ötən il qızılcadan ölənlərin sayı isə 3 nəfər olub. Qızılca ilə xəstələnmə halları Bakı şəhəri və Abşeron rayonunda qeydə alınıb.

Məlumatda o da bildirilib ki, 2019-cu ildə Azərbaycanda 14 514 suçiçəyi ilə xəstələnmə halı qeydə alınıb.
Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata əsasən, xəsətələnənlərdən 7851 nəfəri kişi, 6663 nəfəri isə qadındır. Onlardan 12 188-i 18 yaşadək, 2326-sı 18 və yuxarı yaşda olan şəxslərdir.

Ötən il suçiçəyi xəstəliyindən ölüm halı qeydə alınmayıb. 
Bildirilib ki, suçiçəyi ilə xəstələnmə halları daha çox Naxçıvan, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda qeydə alınıb. /APA/