İlin ilk 3 ayında yol qəzalarında ölən kişilərin SAYI AÇIQLANDI
    • 18-05-2020, 16:11
    • 740

İlin ilk 3 ayında yol qəzalarında ölən kişilərin SAYI AÇIQLANDI

2020-ci ilin ilk 3 ayı ərizndə bütün yol-nəqliyyat hadisələrinin 47,3 faizi nəqliyyat vasitələrinin və piyadaların, 34,7 faizi bir neçə nəqliyyat vasitəsinin, 18,0 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.

Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsindən News24.az-a verilən məlumatda bildirilib. Qeyd edilib ki, yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 80,1 faizini, yaralananların isə 70,6 faizini kişilər təşkil edib.

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 6 hadisə baş verib, nəticədə 1 nəfər həlak olub, 8 nəfər yaralanıb. Hadisələrin 50,0 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.