İbrahim Məmmədov bayram günlərindəki məhdudiyyətlərdən DANIŞDI - FOTO
    • 18-05-2020, 17:42
    • 849

İbrahim Məmmədov bayram günlərindəki məhdudiyyətlərdən DANIŞDI - FOTO

“Bayram günlərində mütləq məhdudiyyət olması ilə bağlı tələb yoxdur”.

News24.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib. 

İ. Məmmədov deyib ki, bu, bir çağırışdır: “Bayram günləri ilə bağlı bu gün belə məhdudiyyət yoxdur".
Onun sözlərinə görə, obyektlərin açılması ilə bağlı bir ardıcıllıq gözlənilir: “Gələcəkdə idman obyektləri də açıla bilər. Mərhələ-mərhələ yumşalma daha effektifdir”.

TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib ki, yoluxma artsa, bayram günlərində hərəkətin məhdudlaşdırılması işə bağlı təkliflə çıxış edilə bilər.

Onun sözlərinə görə, bu təcrübə qardaş Türkiyədə də tətbiq olunur: “Azərbaycanda da yoluxma artsa, bundan istifadə edilə bilər".