Restoranda maska taxmaq istəməyən şəxs AŞBAZI GÜLLƏLƏDİ
    • 20-05-2020, 10:23
    • 741

Restoranda maska taxmaq istəməyən şəxs AŞBAZI GÜLLƏLƏDİ

Restoranda maska taxmaqdan imtina edən şəxs aşbazı güllələyib.

News24.az RİA-ya istinadən xəbər verir ki, hadisı ABŞ-ın Kolorado ştatının Avrora şəhərində baş verib. Restoran işçiləri polisə maskası olmayan gəncin məkana gəldiyini, ofisantın həmin gəncə maska taxmasını və məhz bundan sonra ona xidmət göstəriləcəyini bildiriblər. 

Restoranı tərk edən 27 yaşlı şəxs daha sonra maska və silahla geri qayıdıb. Bu zaman o, aşbaza atəş açıb və onu qarın və sinə nayihəsindən yaralayıb.