-
- 20-05-2020, 11:57
- 1 124
Lift İdarəsinin rəisi: “O ölüm hadisəsinə görə biz məsuliyyət daşımırıq” - EKSKLÜZİV
“Tez-tez kimlərinsə liftdə qalması ilə bağlı hadisələrin bizim xidmətimizdə olan liftlərlə əlaqəsi yoxdur”.
Bunu News24.az-a açıqlamasında “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Xalid Ələkbərov bildirib.
O deyib ki, Bakıda 12 min lift var, onun cəmi 5 mini “Lifttəmir” İstehsalat Birliyinin tabeliyindədir: “Bakıda bizim idarənin nəzdində olan liftlərlə yanaşı, şəxsi koorperativ liftlər də fəaliyyət göstərir. Onların sayı təqribən 6 mindir. Deməyim odur ki, FHN-in liftdəqalma, qəzalarla bağlı xəbərlərin bizə aidiyyatı yoxdur.
X.Ələkbərov onu da vurğulayıb ki, rayonlardakı liftlərin fəaliyyətnə də onların qurumu cavabdeh deyil: “Bu üzdən də Gəncədə gənc qızın liftin şaxtaya düşərək həyatını itirməsi ilə bağlı məısələyə rayonun aidiyyatı qurumu baxır”.
Afaq Mirayiq