-
- 20-05-2020, 12:54
- 682
"Magistr dissertasiyasını müdafiə edənlər növbəti pillədə..." TƏHSİL NAZİRLİYİ
“Magistratura səviyyəsində təhsil proqramı dissertasiyanın müdafiəsi ilə yekunlaşır. Nazirlər Kabinetinin 179 nömrəli qərarındakı dəyişikliyə görə həmin magistrlərin dissertasiyasının yazılması, təqdim edilməsi və müdafiəsinə qoyulan tələblər ali təhsil müəssisəsinin Elmi Şurasının qərarı ilə Təhsil Nazirliyi ilə razılaşdırılma ilə olur”.
News24.az xəbər verir ki, Təhsil Nazirliyinin sektor müdiri Yaşar Ömərov bildirib. Onun sözlərinə görə, magistrin müdafiə məsələsi isə qüvvədə qalır: “Bu, uzunmüddətli prosesdir, magistr iki il ərzində müəyyən tədqiqat işləri aparır. Dissertasiyanı yazmağa da müəyyən qədər vaxt gedir. Sadəcə həmin dissertasiyanın yazılması, təqdim olunması ali təhsil müəssisəsinin özü tərəfindən müəyyən olunur”.
Y.Ömərov deyib ki, magistraturanı bitirənlərin bir qismi öz elmi tədqiqat fəaliyyətini doktorantura səviyyəsində də davam etdirir: “Qanunvericilikdə də müəyyən qeydlər var ki, magistr dissertasiyasını müdafiə edənlər növbəti pillədə təhsillərini davam etdirə bilərlər. Təhsil Nazirliyi tərəfindən müdafiə üzrə ixtisaslaşmış şuralar təqvim ilinin sonuna qədər fəaliyyət göstərirlər. Hər hansı səbəbdən iyun, iyulda dissertasiya müdafiəsində iştirak edə bilməyənlər müdafiə prosesini təqvim ilinin sonuna qədər yekunlaşdıra bilərlər”.