"Azərpoçt"un əməkdaşları velosipeddən İSTİFADƏ EDƏCƏK
    • 20-05-2020, 13:51
    • 700

"Azərpoçt"un əməkdaşları velosipeddən İSTİFADƏ EDƏCƏK

Məsələ ilə bağlı "Azərpoçt"dan  bildirilib ki, Ümumdünya Poçt İttifaqının QSF (Xidmət Keyfiyyətinin Yüksəldilməsi) layihəsi çərçivəsində ayırdığı vəsait hər il olduğu kimi, bu il də məktub korrespondensiyasının inkişafına yönəldilir: "Layihəyə uyğun olaraq yük avtomobillərinin və 25 ədəd 3 təkərli velosipedlərin alınması nəzərdə tutulub. Əsas məqsəd regionlarda o cümlədən kəndlərdə məktubların çatdırılmasında operativliyi təmin etmək və keyfiyyəti daha da artırmaqdır. Belə ki, əvvəllər poçtalyonlar normativə uyğun olaraq gün ərzində 5 km məsafədə məktubları ünvana çatdırırdısa, velosiped vasitəsilə 15-20 km yol qət edərək bu işin öhdəsindən daha operativ gələcəklər. Hal-hazırda dünyanın bir çox ölkələrində o cümlədən Fransa, İsveçrə, Almaniya və Niderlandda bu təcrübədən istifadə olunur".

***
13:10
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Azərpoçt" MMC 25 ədəd 3 təkərli velosipedin satın alınması üçün açıq tender elan edib.

Tenderdə iştirak haqqı 50 manatdır.

İddiaçılar ilkin sənədləri iyunun 17-si, saat 12:00-a qədər, tender təkliflərini isə iyunun 25-i, saat 12:00-a qədər şirkətin Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyov küçəsi, 72 ünvanında yerləşən baş ofisinə təqdim edə bilərlər. 

Tenderin nəticəsi iyunun 29-da, saat 12:00-da vahid dövlət satınalmaları portalında açıqlanacaq.  /Report/