-
- 27-09-2018, 17:45
- 1 407
WhatsApp istifadəçilərini narahat edəcək XƏBƏR
Qurduğu şirkəti Facebook-a satdığı üçün peşiman olduğunu söyləyən WhatsApp-ın qurucu ortaqlarından Brian Acton etirafı ilə diqqətləri üzərinə çəkib.
Dünyanın ən böyük mesajlaşma xidməti WhatsApp-ı 2009-cu ildə Jan Koum ilə birlikdə yaradan Brian Acton qurduğu şirkətdən öz istəyi ilə ayrılmasından bir il keçdikdən sonra səssizliyi pozub
Forbes-ə danışan Brian Acton 2014-cü ildə WhatsApp-ı 19 milyard dollar qarşılığında Facebook-a satması ilə bağlı olaraq "O gün istifadəçilərimin gizliliyini satdım. Hər gün bu qərarın ağırlığı ilə yaşayıram" deyib.
Bu ilin əvvəlində partlayışa səbəb olan "Cambridge Analytica" qalmaqalından sonra Twitter-dən başladılan "Facebook-u Sil" (#delet Facebook) kampaniyasına da dəstək verən cənab Acton texnologiya ortamında son illərin ən böyük satışına imza atdığı üçün peşiman olduğunu deyib.
Qeyd edək ki, dünyada aylıq 1.5 milyarddan çox aktiv WhatsApp istifadəçisi var.