AMEA-nın kasıb işçilərinə ərzaq yardımı PAYLANILDI
    • 21-05-2020, 12:21
    • 583

AMEA-nın kasıb işçilərinə ərzaq yardımı PAYLANILDI

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən pandemiya dövründə ehtiyacı olan müəssisə əməkdaşlarına ərzaq yardımı paylanıb.

Bu barədə News24.az AMEA-dan məlumat verilib.
Yardımların paylanmasında AMEA-nın birinci vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli, Azad Həmkarlar İttifaqının sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov və müəssisənin Həmkarlar Təşkilatının sədri, sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov iştirak ediblər.

Eyni zamanda, karantin dövrünün tələblərinə uyğun olaraq işə çıxmayan yaşlı əməkdaşların ərzaq payı evlərində təqdim olunub.