Tullantılar poliqonuna cavabdeh şəxs 4800 manat CƏRİMƏLƏNDİ
    • 21-05-2020, 13:17
    • 974

Tullantılar poliqonuna cavabdeh şəxs 4800 manat CƏRİMƏLƏNDİ

Sumqayıt şəhəri ərazisində tüstü və iy-qoxunun yayılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə  daxil olan məlumat Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin  əməkdaşları tərəfindən araşdırılıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən News24.az-a verilən məlumata görə, araşdırma zamanı şəhərin inzibati ərazisində  yerləşən məişət tullantıları poliqonunda baş verən yanğın səbəbindən ətrafa tüstü və iy-qoxunun yayıldığı, məişət tullantılarının idarə edilməsində qanunvericiliyin tələblərinin pozulduğu və tullantıların yanması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülmədiyi müəyyən edilib.
 
Faktla bağlı poliqonun idarə edilməsinə cavabdeh “Sumqayıt şəhər Təmizlik Departamenti” MMC-nin direktoru Atəş Rüstəmov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 4800 manat məbləğində cərimə olunub. 

Hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri tədbirlər görülür.