Beynəlxalq Bankın əməkdaşları karantinə ALINDI - KORONAVİRUS AŞKARLANDI - EKSKLÜZİV
    • 22-05-2020, 14:23
    • 2 025

Beynəlxalq Bankın əməkdaşları karantinə ALINDI - KORONAVİRUS AŞKARLANDI - EKSKLÜZİV

Azərbaycan Beynəlxalq Bankının Nərimanov rayon filialının əməkdaşları koronavirus səbəbindən karantinə alınıb. 

News24.az-a daxil olan məlumata görə, buna səbəb filialın əməkdaşlarından birinin koronavirusa yoluxması, digərlərininsə karantinə alınmasıdır.

Deyilənlərlə bağlı Bankın baş ofisi ilə əlaqə saxladıq. Bank əməkdaşlarından birinin koronavirusa yoluxması haqda məlumatı təsdiqləsələr də, filialın fəaliyyətinin dayandırılması ilə bağlı məlumat verilməyib.

News24.az-ın əməkdaşının verdiyi məlumata görə, hazırda bankda 4 nəfər növbətçilik sistemi ilə işləyir.

Azərbaycan Beynəlxalq Bankında az əməkdaşın işləməsindən dolayı yaranan növbəni fotolarla diqqətinizə çatdırırıq.