DİQQƏT! Ancaq bu şəxslər RAYONLARA GEDƏ BİLƏR
    • 22-05-2020, 18:51
    • 677

DİQQƏT! Ancaq bu şəxslər RAYONLARA GEDƏ BİLƏR

“Fermer təsərrüfatı qeydiyyatdan keçən, həyati əhəmiyyətli xüsusi sahədə çalışanlar və xəstələr xüsusi arayışla sarı zonadan narıncı zonaya keçə bilərlər. Yəni, onların ölkə üzrə hərəkətinə icazə verilir”.

News24.az xəbər verir ki, bu sözləri Nazirlər Kabinetinin sözçüsü İbrahim Məmmədov deyib. O bildirib ki, “icaze.e-gov.az” portalı ləğv edilib. Buna görə də həmin portal vasitəsi ilə alınan icazələr keçərsizdir: “Eyni zamanda yaxın qohumları vəfat edən şəxslər narıncı zonadan sarı zonaya keçə bilərlər”.