Bakıda avtomobil piyadanı VURARAQ ÖLDÜRDÜ
    • 23-05-2020, 11:50
    • 745

Bakıda avtomobil piyadanı VURARAQ ÖLDÜRDÜ

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, mayın 23-də saat 1 radələrində Sabunçu rayonu ərazisində Bakı şəhər sakini Pərviz Əliyev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən 20-25 yaşlı qadını vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.