-
- 28-09-2018, 11:45
- 1 308
Hicran Hüseynova: “İraqda hələ də çoxlu azərbaycanlı uşaq qalır, onları geri gətirməliyik”
“İraqın paytaxtı Bağdad şəhərində saxlanılan azərbaycanlı uşaqların ölkəmizə gətirilməsi üçün bütün vasitələr səfərbər olunub”.
Bunu açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova vaxtilə “İslam dövləti” (İŞİD) terror təşkilatına qoşulan azərbaycanlı cihadçıların uşaqlarından danışarkən deyib. .
Komitə sədri qeyd edib ki, azərbaycanlı uşaqların qaytarılması prosesi yüksək səviyyədə təşkil olunub:
“Bu məsələyə ölkə rəhbərliyi tərəfindən xüsusi diqqət var. Bundan əvvəl 9 uşaq gətirilib, hazırda onların reabilitasiyası aparılır. Bildiyiniz kimi, uşaqlar orada çətin vəziyyətdə olublar, psixoloji travma alıblar, eyni zamanda, digər bu kimi problemləri var. Biz komitə olaraq, onların geyimdən tutmuş bütün həyati vacib məsələlərini nəzarətə götürmüşük”.
H.Hüseynova deyib ki, uşaqların Azərbaycana gətirilməsi bir neçə dövlət qurumu ilə birlikdə kompleks şəkildə təşkil olunub:
“Səhiyyə Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Xarici İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və bizim komitə birlikdə bu işi aparır. Çox vacibdir ki, bütün qurumların dəstəyilə hamımız bu uşaqları reabilitasiya edək. Hələ ki İraqda çox sayda azərbaycanlı uşaq var. Bu gün onların əsas problemi sənədlərlə və vəsiqələrinin olmaması ilə bağlıdır. Hazırda onların üzərində iş gedir. Gətirilənlər və gətiriləcək uşaqların sağlam şəkildə ailələrinə verilməsi üçün bütün qurumlar səfərbər olunub”.
Qeyd edək ki, Bağdad şəhərinin uşaq evində saxlanılan Azərbaycan Respublikası vətəndaşları olan, İŞİD-ə qoşulan valideynlərini itirmiş azyaşlı uşaqların Azərbaycana gətirilməsi, daha sonra yerləşdirilməsi, səhiyyə xidmətlərinə cəlb edilməsi, sosial və psixoloji realibitasiyası və digər tədbirlərin görülməsi ilə bağlı proseslərin əlaqələndirilməsi üçün müvafiq dövlət orqanlarının iştirakı ilə İşçi Qrup yaradılıb.
//modern.az