Azərbaycanlı müğənni skripkaçılar haqda:
    • 23-05-2020, 14:03
    • 908

Azərbaycanlı müğənni skripkaçılar haqda: "Efirlərdə bambıllıq edirsiz"

"Özünüzə "Maestro", "Virtioz" adı qoyduz dinmədik, düşündük bəlkə özünüz bu adı qoyduğunuza görə xəcalət çəkərsiz. Amma görürəm yox, sizdə o utanan sifət yoxdur. İndi başlamısız "oxumağa"".

News24.az
xəbər verir ki, bu sözləri Prezident təqaüdçüsü, müğənni  Amil Həsənoğlu skripka ifaçıları haqda sosial şəbəkə hesabında yazıb:"Ayıbdır vallah. Sənəti bu qədər aşağılamaq olmaz olmaz! Efirlərdə bambıllıq edirsiz, atdanıb düşürsüz. İnanın çox gülünc vəziyyətdəsiz. Dararam diririm oxumaqnan deyil! İfaçı, müğənni, musiqiçi adını bu qədər sizinkimilər ucuzlaşdırdı! Elə düz edib sizə "Manıs" deyirlər! Ayıb olsunee ayıb! Hər şey toy musiqisiynən, 6/8 musiqilərnən bitmir bu həyatda! Özünüzə və yaxınlarınıza hörmət qoyun! Sizinlə eyni səhnəni paylaşdığıma görə çox təəssüf edirəm çox. .Allah bizə səbr versin!"