Azərbaycanda propilen və etilen istehsalı ARTDI
    • 23-05-2020, 16:56
    • 1 023

Azərbaycanda propilen və etilen istehsalı ARTDI

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda 44,8 min ton həcmində propilen istehsal edilib.

News24.az” Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmin 43,7 min tonu əmtəəlik məhsul olub.

İlin dörd ayında ümumilikdə propilen istehsalının həcmi ötən ilin müvafiq dövründən 17,9%, əmtəəlik məhsulun həcmi isə 15,3% çox olub.

Hesabat dövründə ölkədə 31,8 min ton həcmində polietilen istehsal edilib ki, bu da ötən ilin müvafiq dövründən 24,5% azdır.

Bu ilin dörd ayı ərzində etilen istehsalının həcmi isə 18,2% artaraq 57,7 min ton təşkil edib.