Azərbaycanlı sərnişinlər diri-diri yandı - Türkiyədə
    • 23-05-2020, 17:43
    • 735

Azərbaycanlı sərnişinlər diri-diri yandı - Türkiyədə

Türkiyənin Trabzon şəhərinin Of rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

News24.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, insident Of-Çaykara yolunda qeydə alınıb.

Azərbaycan vətəndaşı – Fariz Farizovun idarə etdiyi avtomobil idarəetməni itirərək elektrik dirəyinə çırpılıb və yanmağa başlayıb.

İnsident nəticəsində avtomobildə olan azərbaycanlılar diri-diri yanıb, yanıq xəsarətləri alan sürücü isə dövlət xəstəxanasına çatdırılıb.

Ölənlərin şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.