"COVID-19" xəstəliyinə tutulmuş pasiyentə ağciyər - KÖÇÜRÜLDÜ

"COVID-19" xəstəliyinə tutulmuş pasiyentə ağciyər - KÖÇÜRÜLDÜ Dünya
Avropada ilk dəfə "COVID-19" xəstəliyinə tutulmuş 45 yaşlı pasiyentə ağciyər köçürülüb.

News24az xarici mətbuata istinadla xəbər verir ki, Avstriya həkimlərinin Vyana Ümumi Xəstəxanasında apardıqları transplantasiya əməliyyatı uğurla başa çatıb. Xəstəxanadan bildirilib ki, "COVID-19" xəstəliyinə tutulmuş xəstənin müalicəsi heç bir nəticə vermədikdən sonra, həkimlər transplantasiya əməliyyatına qərar veriblər.

Koronavirus infeksiyasına yoluxmazdan əvvəl heç bir xəstəlikdən əziyyət çəkməyən xəstənin tezliklə sağalacağına ümid edilir.