Qurban bayramı bu tarixdə olacaq
    • 25-05-2020, 10:24
    • 2 119

Qurban bayramı bu tarixdə olacaq

Müqəddəs bayram olan Qurban bayramı bu il ölkəmizdə 31 iyul, 1 avqustda qeyd ediləcək.

News24.az-ın məlumatına görə, Baş nazir Əli Əsədovun imzaladığı sərəncama əsasən, iyulun 31-i, avqustun 1-i tarixləri Qurban bayramı ilə əlaqədar qeyri-iş günü hesab olunur.

Bu tarixlər həftənin cümə və şənbə günlərinə təsadüf edir.