Avqustda 11 gün iş olmayacaq - ŞAD XƏBƏR
    • 31-07-2019, 14:09
    • 1 508

Avqustda 11 gün iş olmayacaq - ŞAD XƏBƏR

Avqust ayı işləyənlərin çoxu üçün əsasən tətil ayı olsa da, işləmək məcburiyyətində qalanlar da çox yorulmayacaq.

News24.az xəbər verir ki, avqust ayında 11 qeyri-iş günü olacaq.

Avqust ayının 3-4-ü, 10-11-i, 17-18-si, 24-25-i və 31-i tarixləri şənbə və bazar günlərinə düşür.

Ayın 12-i və 13-ü isə Qurban bayramı münasibətilə qeyri-iş günüdür.

Beləliklə, ayın 10, 11, 12 və 13-də davamlı olaraq 4 gün qeyri-iş günü, ümumillikdə ay ərzində isə 11 istirahət günü var.