Türkiyə prezidenti azərbaycana səfərə gəlib
    • 10-07-2018, 13:28
    • 1 582

Türkiyə prezidenti azərbaycana səfərə gəlib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başlayıb.
 
 Türkiyə prezidentini Heydər Əliyev hava limanında baş nazirin birinci müavini Yaqub eyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və digər rəsmi şəxslər qarşılayıb.
 
Bu, R. T. Ərdoğanın iyunun 24-də keçirilən prezident seçkilərində qələbəsindən sonra ilk xarici səfəridir.
 
Qeyd edək ki, Türkiyə prezidenti səfər çərçivəsində Bakıda Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edəcək. Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında təkbətək, daha sonra geniş tərkibdə görüş nəzərdə tutulub. Görüşlərdən sonra ölkə başçılarının mətbuat konfransı gözlənilir.
 
R. T. Ərdoğan Azərbaycana səfərini başa vurduqdan sonra Şimali Kipr Türkiyə Cümhuriyyətinə yola düşəcək.

// APA