Aygün Kazımovanın 16 il öncəki səsyazısı YAYILDI - VİDEO
    • 26-05-2020, 11:21
    • 1 443

Aygün Kazımovanın 16 il öncəki səsyazısı YAYILDI - VİDEO

Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev Xalq artisti Aygün Kazımovanın 16 il əvvəl lentə alınan səsyazısını sosial şəbəkədə yayıb.

News24.az xəbər verir ki, o, Xalq artisti Zülfiyyə Xanbabayevanın oxuduğu "Məni daha gözləmə" ifasının Kazımovanın da repertuarında olduğunu bildirib: "Mahnı 2004-cü ildən sandıqda idi. Düşündüm ki, üzə çıxmasının zamanı gəlib. Əslində, "Məni daha gözləmə" ilk dəfə İradə İbrahimova üçün bəstələnmişdi. Müxtəlif səbəblərdən alınmadı. Sonra Zülfiyyə oxudu, ardınca (Zülfiyyənin oxuması hələ efirə çıxmamış) Aygün də oxumaq istədi, icazə verdim. Amma şərtim var idi ki, efirə getməsin. Zülfiyyə mahnını efirdə çox oxuduğu üçün Aygünün səsini arxivimdə qorudum. Onların hər ikisini sevirəm və heç birinə zərər dəyməsini istəmirəm".

Sevda Bayramova