Türkiyə Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi - VƏFAT ETDİ

Türkiyə Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi - VƏFAT ETDİ Dünya
Türkiyə Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi, ordu generalı İsmayıl Hakkı Karadayı vəfat edib.

İsmayıl Hakkı Karadayı 88 yaşında İstanbulda yerləşən xəstəxanalardan birində dünyasını dəyişib.
O bir neçə gün əvvəl yüksək hərarətlə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, İsmayıl Hakkı Karadayı 1994-1998-ci illərdə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olub. /APA/