-
- 28-05-2020, 11:14
- 983
Narkotik becərən Ağdaş və Göyçay sakinləri ƏLƏ KEÇDİ - FOTO
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Ağdaş və Göyçay Rayon Polis Şöbələrinin əməkdaşları tərəfindən narkotik vasitələrin kultivasiyası ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat tədbirləri keçirilib.
Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri- əvvəllər məhkum olunmuş, 39 yaşlı Elmir Hüseynov və 33 yaşlı Gündüz Bayramov saxlanılıb. Həmin şəxslərin rayonun Yuxarı Ləki kəndi ərazisində böyürtkən kollarının arasında xüsusi aqrotexniki qaydada qulluq göstərməklə yetişdirdikləri 38 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək götürülüb.
Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə narkotik tərkibli bitkilərin kultivasiyasında şübhəli bilinən şəhər sakini Zaur Bağırov saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman 22 ədəd çətənə bitkisi aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktlarla bağlı Rayon Polis Şöbələrində araşdırma aparılır.