Kanadada  istidən 70 nəfər  ölüb
    • 10-07-2018, 13:49
    • 1 082

Kanadada istidən 70 nəfər ölüb

News24.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Kanadanın Kvebek əyalətində şiddətli istilər nəticəsində 70 nəfər ölüb.

Təkçə Monreal şəhərində 34 nəfərin istidən ölməsi faktı qeydə alınıb.

İstidən ölənlərin əksəriyyəti 60 yaşdan yuxarı, müxtəlif  xroniki xəstəlikləri olan insanlardır. Yerli hakimiyyət son günlər havanın temperaturunun 40 dərəcədən aşağı düşmədiyini söyləyib. İsti havaların hələ bir həftə davam edəcəyi barədə proqnozlar var.

İlhamə