Elazığda yenə zəlzələ oldu
    • 1-02-2020, 22:54
    • 1 294

Elazığda yenə zəlzələ oldu

Türkiyənin Elazığ şəhərində daha bir zəlzələ baş verib.

News24.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 19:37-də Sivricə rayonunda qeydə alınıb. 

Zəlzələ 3,5 bal gücündə olub. Təkanlar yerin 5 kilometr dərinliyində qeydə alınıb.

Xatırladaq ki, yanvarın 24-də Elazığda baş vermiş 6,8 ballıq zəlzələ nəticəsində 41 nəfər ölüb, 1607 nəfər yaralanıb. 45 nəfər dağıntılar altından sağ çıxarılıb.