Türkiyə prezidenti Azərbaycanı TƏBRİK ETDİ
    • 28-05-2020, 17:49
    • 592

Türkiyə prezidenti Azərbaycanı TƏBRİK ETDİ

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 28 May – Respublika Günü münasibətilə Azərbaycanı təbrik edib.

News24.az-ın məlumatına görə, Türkiyənin dövlət başçısı Tvitterdəki səhifəsində yazıb: “Azərbaycan Respublikasının yaranmasının 102-ci ildönümünü səmimi arzularımla təbrik edir, Prezident İlham Əliyev qardaşım başda olmaqla, bütün Azərbaycan xalqına öz adımdan və millətim adından salamlarımı və sevgilərimi çatdırıram”.