Beyləqanda qəza baş verdi, ATA ÖLDÜ, OĞLU XƏSARƏT ALDI
    • 29-05-2020, 12:37
    • 602

Beyləqanda qəza baş verdi, ATA ÖLDÜ, OĞLU XƏSARƏT ALDI

Mayın 28-də saat 10 radələrində Beyləqan rayonunun Allahyarlı kəndi ərazisində Yuxarı Aran kənd sakini Fərəc Qasımovun idarə etdiyi “QAZ-3110” və Füzuli rayon sakini E.Eyvazovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, nəticədə F.Qasımov və sərnişini olan oğlu xəstəxanaya yerləşdirilib, ata orada ölüb.
Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.