Goranboyda qəza: Sürücü öldü, 2 yaralı var
    • 26-08-2019, 14:23
    • 1 317

Goranboyda qəza: Sürücü öldü, 2 yaralı var

Goranboy rayonunun Veyisli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, avqustun 24-də saat 21 radələrində Goranboy rayonunun Veyisli kəndi ərazisində rayon sakini S.Quliyevin idarə etdiyi “KamAZ” və Tərtər rayon sakini R.Əhmədovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə R.Əhmədov hadisə yerində ölüb, 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Goranboy RPŞ tərəfindən araşdırma aparılır.