Gədəbəydəki Heydər parkı niyə baxımsız qalıb? - VİDEO
    • 28-09-2018, 18:10
    • 1 070

Gədəbəydəki Heydər parkı niyə baxımsız qalıb? - VİDEO

Ölkəmizin insanları ümummilli liderimiz Heydər Əliyevin adı, xatirələri ilə bağlı olan hər abidəyə dərin ehtiram və hörmətlə yanaşırlar. Bu abidələrə qarşı hər hansı bir laqeydlik  böyük narazılıqıla qarşılanır. Redaksiyamıza Gədəbəydən göndərilən bir videoçarx da bu qismdəndir.

Adının çəkilməsini istəməyən bir izləyicimizin dediyinə görə, Gədəbəy rayon mərkəzindən Şınıx kəndinə gedən yolun üstündə salınmış Heydər Parkı baxımsız vəziyyətdədir. Parkda pilləkənlərin kafelləri sınıb, dağılıb. Bağın baxımsız vəziyyətdə olması uzaqdan görünür, süpürgəçilərin son dəfə buranı nə zaman süpürdüyü  bəlli olmur, işıq dirəklərində lampalar qırılıb. Ömrümüzə işıq tutmuş bir rəhbərin adını daşıyan bir bağda işıqların sönməsini vətəndaş hörmətsizlik kimi dəyərləndirib. Ümid edirik zənglərimizə cavab verməyən Gədəbəy İcra Hakimiyyəti bağın abadlıq işlərini diqqətdə saxlayar.

//news24.az