Meymunlar koronavirus xəstələrinin qan nümunələrini OĞURLADILAR - VİDEO
    • 29-05-2020, 17:44
    • 698

Meymunlar koronavirus xəstələrinin qan nümunələrini OĞURLADILAR - VİDEO

Hindistanda bir neçə meymun, COVID-19-a yoluxduğu ehtimal edilən xəstələrin qan nümunələrini oğurlayıblar.

News24.az xəbər verir ki,bu barədə "İndia Today" məlumat yayıb.

Hadisə mayın 29-da Uttar Pradeş ştatındakı Meerut Tibb Kollecində meydana gəlib. Tibb kollecinin işçisi qan nümunələrini laboratoriyaya aparan zaman heyvanların hücumuma məruz qalıb.  Meymunlar qan nümunələrindən 3-nü oğurlayıblar. 

Görüntülərdən meymunlardan birinin oğurladığı nümunəni çeynədiyini qeydə alınıb.

Mütəxəssislər, nümunələrdəki qanlarda koronavirusun olacağı haıda infeksiyanın meymunlara ötürülə biləcəyindən qorxurlar.

Polis meymunların hələ də saxlanılmadığını və istintaqın davam etdiyini bildirib.