-
- 29-09-2018, 12:20
- 632
“Yeddi rayonun azərbaycanlıları necə olmalıdır?” - XİN başçısı
Biz vətəndaşlarımızın həyat şəraitinin yaxşılaşdırılması yolunda qarşımıza qoyulan məqsədləri həyata keçirmək üçün səylərimizi ardıcıl şəkildə davam etdiririk. Ölkədə yoxsulluq səviyyəsi 5,4 faiz, işsizlik səviyyəsi isə 5 faiz səviyyəsindədir. Davos Dünya İqtisadi Forumu üzrə rəqabət qabiliyyətinə görə Azərbaycan 35-ci yeri tutur. İnkişaf etməkdə olan ölkələr arasında Azərbaycan inklüziv inkişaf indeksinə görə sayca üçüncü yerdədir”.
Bunu Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 73-cü sessiyasının ümumi müzakirəsində çıxış edən Xarici işlər naziri Elmar Məmmədyarov deyib:
"Bu il BMT-nin İnsan Hüquqları Bəyannaməsinin 70 illiyini qeyd etməyimiz münasibətilə, Azərbaycan Respublikasının prioritet istiqamətləri kimi demokratiyanın möhkəmləndirilməsi və insan hüquqlarının qorunması ilə bağlı öhdəliyimizi bir daha bəyan edirik. Hökumətimiz bütün Azərbaycan vətəndaşları üçün insan hüquqları və əsas azadlıqlardan tam istifadə etmək üçün lazımı şərait yaratmaq məqsədilə geniş miqyaslı proqramlar həyata keçirir".
Nazir bildirib ki, Ermənistan və Azərbaycan arasında davam edən silahlı münaqişə beynəlxalq və regional sülh və təhlükəsizlik üçün hələ də əsas təhdid olaraq qalmaqdadır: "Münaqişə Azərbaycan ərazisinin beşdə birinin işğalı ilə nəticələnib və Azərbaycanda təqribən hər doqquz adamdan birini məcburi köçkün və ya qaçqın edib. Əvvəlki bəyanatlarına zidd olaraq, Ermənistan baş naziri indi də Azərbaycanın Dağlıq Qarabağ bölgəsini utanmadan Ermənistanın tərkib hissəsi kimi nəzərdən keçirməyə çalışır. Bu ilhaqçı iddia nəinki beynəlxalq hüququn norma və prinsiplərinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə hörmətsizlikdir, o həm də ATƏT-in Minsk Qrupu və onun həmsədrlərinin vasitəçiliyi ilə aparılan sülh prosesini təhlükə altına alır.
Ermənistanda, kənardan bu ölkədə nələrin baş verdiyi anlaşılmayan, ardıcıl qeyri-sabit daxili siyasi inkişaflar olduğundan istisna edə bilmərik və etməyəcəyik ki, Ermənistan baş nazirinin son bəyanatları və fəaliyyətləri yerdə vəziyyətin daha da gərginləşməsi və təmas xəttində və Ermənistan və Azərbaycan arasında sərhəddə hərbi düşmənçilik təxribatların törədilməsi məqsədini güdür. Ancaq bir şey aydındır ki, bu mənfi senarinin bütün nəticələri tamamilə Ermənistan Respublikasının üzərinə düşəcəkdir. Biz beynəlxalq ictimaiyyəti Ermənistana beynəlxalq hüquqa uyğun olaraq fəaliyyət göstərmək və Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini icra etmək ilə bağlı güclü ismarış göndərməyə çağırırıq.
Ermənistanın yeni rəhbərliyi anlamalıdır ki, onların Ermənistanın iqtisadi baxımdan inkişaf etmiş və firavan dövlət etməklə bağlı erməni xalqına vədi sülh, mehriban qonşuluq münasibərlərinin qurulması və qonşuların suverenliyinə və ərazi bütövlüyünə hörmət etmədən mümkün deyildir. Nə qədər tez Ermənistan ərazi iddialarını bir kənara qoyacaq və Azərbaycanın ərazilərindən qoşunlarını geri çəkəcək, bir o qədər də tez regionumuzda sülh bərqərar ola biləcəkdir və Ermənistanın inkişaf perspektivləri açılacaqdır.
Azərbaycanlı əhalisi və ətraf yeddi rayonun Azərbaycanlıları necə olmalıdır? Əgər Ermənistanın yeni rəhbərliyi özünü demokratiya adlandırırsa, o zaman onlar qanunun aliliyi və demokratik dəyərlərə uyğun hərəkət etməli, Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların müvafiq qətnamələrində tələb olunduğu kimi didərgin düşmüş insanların öz doğma evlərinə geri qayıtmasına imkan verməli və silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalıdır”.